Kitabxana haqqında
Şöbələri
Tədbirlər
Ən çox oxunan nəşrlər
Insan hüquqları
E-kitabxana
E-kataloq
Kitab abidələrimiz
Qarabağ münaqişəsi
31 Mart Soyqrımı
Normativ sənədlər
  Əlagə  
 
  Ucar rayonu  
  Kəndləri  
  Tanınmış ucarlılar  
  Muzeylərimiz  
  416-cı Taqonoroq diviziyası  
     


 

 

Tanınmış ucarlılar

Həbibi - təqribən 1470-1475-ci illər. Ucar rayon Bərgüşad kəndində anadan olmuşdur. Azərbaycan şairinin əsl adı mənbələrdə çəkilmir. Rəvayətlət görə uşaqlıqda çobanlıq etmiş. Həbibi təsadüf nəticəsində gənc yaşlarında Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nifüz qazanmış,hətta Məlik U,Ş-Şuara olmuşdur. “Çaldıran” vuruşmasından (1514) sonra ömrünü Türkiyədə geçirmişdir.Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Həbibi lirik şairdir,lakin sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmışdır. Ədəbi irsindən yalnız 50-yə qədər  şer məlumdur. Şerirlərində insan ləyaqətini,mənəvi gözəliyi, məhəbbəti tərənüm etmişdir. Həbibinin yaradıcılığı Azərbaycan şeirinə ümumiyyətlə türkdili poeziyaya güclü təsir göstərmişdir. Şeirlərinin dili əksər halda xalq ifadə tərzinə yaxın və sadədir, cətin anlaşılan ərəb və fars tərkibləri azdır.

Məlikballı Qurban  XX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır.Əsasən aşıq poeziyası səpgisində şeirlər qoşmuşdur. Klassik üslubda müxəmməs qəzəl müstəzadları da var,şeirlərində məhəbbət və gözəliyi tərənümü ilə yanaşı dövrandan şikayət motivləri də mühüm yer tutur.

Ənvər Məmmədxanlı 1913-çü il fevralın 29-da Azərbaycanın Ucar şəhərində anadan olmuşdur.Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına sənaye texnikumunda təhsil almışdır.(1926-1931),sonra Bakıda mexaniki zavodda,energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi –tədqiqat institutuda texnik-elektrik işləmişdir.(1931-1934) Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır.Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi(1934-1936) Moskvada Ali Kinomatoqrafiya İnstitutunda müdavim (1936-1938)Azərbaycan film kino studiyasında ssenari şöbəsinin rəisi (1941-1942) ikinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl ordu cəbhə qezetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur.Sonrakı redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir.1942-ci ilin axırlarında bir qurup Azərbaycan yazıçısı ilə şimali Qafqaz cəbhəsində 416-cı diviziyada olmuşdur.Bakıda Azərbaycan Radio Verlişləri Komitəsində redaktor kimi çalışmışdır.(1943-1944).Yenidən Zaqafqaziya cəhbəsinə oradan İrana hərbi xidmətə göndərilmişdir.Ədəbi fəaliyyətə 1930- cu illərdə başlamışdır.Əsərləri keçmiş SSRİ-nin və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.1980 cı ildə İspaniya ölkələrində sovet nümayəndə heyyəti tərkibində səfərdə olmuşdur.iki dəfə “Şərəf nişanı” (1946-1949) “Qırmızı əmək bayrağı”(1980-1983)və “İkinci Dünya müharibəsi”(ikinci dərəcəli) ordenləri,döyüş medalları ilə təltif olunmuşdur.1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir.Fəxri  xiyabanda dəfn olunmuşdur.     

Zahidova Vəsilə Alı qızı 1922 ilin Ucar rayonun Y.Şilyan kəndində anadan olmuşdur.1952-ci ildən SOV.İKP.üzvü 1943-1954 illərdə inzibati idarələrdə işləmiş,Boyat kənd sovetinin sədri olmuşdur.1954-cü ildə “Sovet Azərbaycanı”kolxozunun sədridir.1960-cı ildə Pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1961-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı almışdır.SSRİ Ali Sovetinin (5,7,-9 cu çağırış)deputatı olmuşdur.2 dəfə Lenin ordeni,2dəfə Qırmızı Əmək bayrağı ordenin ilə təltif edilmişdir.2006-cı il mayın 3-ü vəfat etmişdir.  

Kərim Pənah oğlu Məmmədov.1916-cı ildə Ucar rayon Kirovkəndində anadan olmuşdur. 1941-cı ildə ADU-nin  fizika-riyaziyyat fakultəsini bitirib. 1941-1946 cı illərdə cəbhədə olub,orden-medallarla təltif olunub.Azərbaycan respublikası elmlər Akademiyası Geologiya İnistitunda işləyib.1946 cı ildə Lomonosov adına MDU-nin aspiranturasına daxil olub. 1950-ci ildə namizədliyi irəli sürülmüşdür. Azərbaycan Elmlər Akademiyasının fizika və riyaziyyat İnistitunda çalışıb. 1967-ci ildə doktorluq adı 1976-cı ildə APU-də çalışıb. “Optika”, “Optika və atom fizikası”dərs vəsaitləri 1987- ci ilin noyabrda vəfat edib.


Məmmədov Ziya Ərzuman oğlu 1952-ci ildə Ucar rayonunda anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır.
1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.
1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır.
1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur.
1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir.
1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin edilib.
Fəxri Dəmiryolçudur.
Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür.
Rusiya Federasiyası Dərbənd şəhərinin Fəxri vətəndaşıdır.
Ailəlidir, 2 övladı var.

Elton Məmmədov 1956 cı ildə Qazqumlaq kəndində anadan olmuşdur.
Elton Məmmədov Ucar rayonundan Azərbaycan Milli Məclisinə deputatdır. 1972 ci ildə  Qazqumlaq orta kənd məktəbi bitirib, Bakı Energetika texnikumuna qəbul olunmuşdur. 1979 cu ildə təinatla Tomsk şəhərinə göndərilib. 1989-cı ilə qədər orada işləmiş eyni zamanda İnşaat Mühəndislər inistutunun mexanika fakultəsində təhsil almışdır. Bir çox elmi əsərlərin müəllifidir.
2000-ci ildə Azərbaycan Respublikasının 2-ci ,2005 ildə 3-cü çağrış milli məclisə deputat seçilmiş və hal hazırda Təbii ehtiyatlar energetika və ekalogiya məsələləri daimi komissiyası sədrinin müavinidir. GUAM-ın Parlamentlər arası Asanbleyası Ticarət və İqtisadi məsələlər komtəsinin sədiridir. 2006-cı ilin yanvarında E.Məmmədov Tomsk Dövlət Inşaat Arxitektorlar Universitetinin Fəxri professoru adı verilmişdir.
2006-cı ilin sentyabrında disertasiya işini müdafiə edərək texnika elmləri namizədi,alimlik dərəcəsi almışdır.Ailəlidir iki övladı var.

  

Zöhrab Hüseyin oğlu Əliyev 1933-cü ildə Ucar  rayonunda anadan olmuşdur.1950-ci ildə BDU-nun Filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsinə daxil olmuş.1954-cü ildə oranı bitirmişdir.1956-cı ildə Biblioqrafiya kafedarası üzrə aspiranturaya (əyani)qəbul olunmuşdur.M.F.Axundov adına Respublika Kitabxanasında və Mədəniyyət Nazirliyində çalışmışdır.1960-ci ildən Kitabxanaşünaslıq kafedarında müəllüm,1984-cü ildən 2007-ci ilə qədər Biblioqrafiyaşünaslıq  kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Təhsili və Elmi Dərəcə və Elmi Adları - 1950-1954 Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaçılıq Şöbəsinə daxil olaraq oranı bitirmışdir.1956-1959 cü illərdə Azərbaycan  Universitetinin Biblioqrafiya kafedrası üzrə aspirantura da təhsil alaraq oranı bitirmişdir.1963-cü ildə “Azərbaycanda  biblioqrafiya işinin inkişafı (1920-1958-ci illər)” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-1989- dosent 1989-bu günədək professor.
Əmək Fəaliyyəti 1954-1956: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası
1956-1960: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi .1960-1964:-ADU, Kitabxanaçılıq fakültəsi, Biblioqrafiya kafedarında müəllim 1970-1989:ADU, Kitabxanaçılıq fakültəsi, Biblioqrafiya kafedarında dosenti 1989-indiyə qədər: Kitabxanaçılıq fakültəsi, Biblioqrafiya kafedarında professoru 1956-2007: BDU, Kitabxanaçılıq-informasiya fakültəsi, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri 1970-1980: ABDU, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsində çalışıb.Hal-hazırda, Biblioqrafiyaşünaslıq kafedrasının professoru.

Şəmsəddin Hacıyev
1950-ci il noyabrın 8-də Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Rus və ingilis dillərini bilir.
1970-ci ildən Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri işləmişdir. 1981-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, həmkarlar ittifaqı komitəsinin sədri, kafedra müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 1 övladı var.

Aşıq Əhliman - Şirvan Aşıq məktəbinin görkəmli nümayəndəsi.
Aşıq Əhliman Ucar rayonunda anadan olmuşdur.

Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
O, xüsusi əhəmiyyətli dövlət tədbirlərində, el şənliklərində maraqlı aşıq xalq mahnıları ilə çıxış edir.


Əliyev Ehtiram İsrail oğlu 1972-ci il avqust ayının 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb.1992-ci ilin iyunun 5-də 1996-cı ilin avqustuna qədər hərbi xidmətdə olub 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və sücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı”adı verilib. Hazırda Bakı Şəhərində işləyir.

Reklam banerləri