Kitabxana haqqında
Şöbələri
Tədbirlər
Ən çox oxunan nəşrlər
Insan hüquqları
E-kitabxana
E-kataloq
Kitab abidələrimiz
Qarabağ münaqişəsi
31 Mart Soyqrımı
Normativ sənədlər
  Əlagə  
 
  Ucar rayonu  
  Kəndləri  
  Tanınmış ucarlılar  
  Muzeylərimiz  
  416-cı Taqonoroq diviziyası  
     


 

 

Qazyan kəndi. Qazyan coğrafi adının mənası belədir: Yan – Məkan, yurd, oba adını bildiririr.
“Qaz” isə tayfa adıdır, yəni “Qaz” tayfalarının yaşadığı yer mənasını verir.
Qazyan kəndi Səfəvilər dövründə ( 1501-1736) Azərbaycana gələn İran xalqlarına mənsub nəsil, tayfa adındandır.
Qazyan kəndi Azərbaycanda ən qədim  kəndlərdən biri hesab olunur. Rayonda ən böyük kənd sayılır.
Qazyan kəndi - rayon mərkəzindən 10 km cənubda Göyçayın – sağ sahilində Şirvan düzündə və aranda yerləşir.
Qazyan kəndinin əhalisi 6018 nəfər olmaqla 1218 ev-ailə vardır. Sahəsi -6835 hektardır.
Kənddə 3 orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, çoxlu ticarət və iaşə obyekti vardır.
Qazyan kəndi qədim kənd olmaqla ziyalı kənddir.
Elmlər doktoru, professor Əliyev Alı, Xəlilov Rövşən, Əliyev Zöhrab, şair Fətəli Sahib, tarix elmləri namizədi Babayev Səməd bu kəndin yetirmələridir.
Orqan işçiləri – Ədliyyə Nazirinin müavini Xanlar Zeynalov, Sumqayıt şəhərinin baş prokuroru Dağlar Zeynalov, Qazyan kəndinin əməkdar müəllimi Yaqut Zeynalova  bu kəndin yetirmələridir.
Yerli əhalinin dediyinə görə  Qazyan kəndi XX əsrin əvvəllərində Çar hökuməti  tərəfindən xüsusi fərmanları Zaqafqaziya Şeyxülislamı Mir Fəttah ağaya bağışlanmışdır.

Alpout kəndi.

Alpout kəndi rayon mərkəzindən qərb hissədə yerləşir.Adı qədim türk tayfa adalarından götürülmüşdür.Sahəsi 7388 hektardır.Torpaqları əsasən şoran torpaqlardır.Əhalisi 3592 nəfərdir.Əhalisinin hamısı azərbaycanlılardır.Kənddə pambıq,taxıl,tərəvəz,yemçilik və heyvandarlıq inkişaf etmişdir.Kənddə 2 orta məktəb,1 uşaq bağçası,1 mədəniyyət evi,2 kitabxana ,1 həkim ambulatoriyası vardır.
Alpı kəndi.
Alpı kəndi rayon mərkəzindən şərqdə yerləşir.Adının mənşəyi türkdilli tayfa adlarından götürülmüşdür.Sahəsi 1927 hektardır.Əhalisi tam azərbaycanlılar olmaqla 1032 nəfərdir.Kənd əhalisi taxıl,tərəvəz,yemçilik və heyvandarlıqla məşğuldur.Kənddə 1 məktəb,
1 kitabxana fəaliyyət göstərir.

Bərgüşad kəndi.
Bərgüşad kəndi rayon mərkəzindən cənub-şərqdə yerləşir.Kəndin adı türk tayfası Qızılbaş tayfalarının adından götürülüb.Əhalisi 5899 nəfər olmaqla hamısı azərbaycanlılar- dır.Sahəsi 5052 hektardır.Kənd əhalisi pambıqçılıq,taxılçılıq,
baramaçılıq,bağçılıq və heyvandarlıqla məşğuldur.Kənddə 2 orta,1 əsas məktəb, 1 uşaq bağçası, 1 mədəniyyət evi, 1 klub, 2 kitabxana, 1 xəstəxana, 200 nömrə tutumlu 1 ATS fəaliyyət göstərir. Bərgüşadda aparılmış ilk arxeoloji qazıntılar burada hələ eradan əvvəl yaşayış yerləri olduğunu sübut edir.Qaratəpə,Qıztəpə və Adsız təpə eradan əvvəl II əsrə - eramızın ilk əsrlərinə aid küp qəbirlər tapılmışdır. Bərgüşadda tapılmış açıq-qırmızı gil qablar,həmçinin tunc, Dəmir, gümüş və s.-dən hazırlanmış bəzək şeyləri burada e.ə və eramızın başlanğıcında dulusçuluq və sənətkarlığın inkişafını göstərir.

Boyat kəndi.
Boyat kəndi rayon mərkəzindən cənub-şərqdə yerləşir.Adı türkdilli qəbilələrin adından götürülmüşdür.Sahəsi 2195 hektardır.Kənd əhalisi pambıqçılıq,baramaçılıq,taxılçılıq,bostan
-tərəvəz və heyvandarlıqla məşğuldur.Əhalisi 2565 nəfər olmaqla hamısı azərbaycanlıdır.Kənddə 1 orta məktəb,1 uşaq bağçası,1 mədəniyyət evi,2 kitabxana,1 xəstəxana vardır.
Bağman kəndi.
Bağman kəndi rayon mərkəzindən şərqdə yerləşir.Əhalisi 1860 nəfərdir.Əhalisinin hamısı azərbaycanlıdır.Sahəsi 1979 hektardır.Kənd əhalisi pambıqçılıq, baramaçılıq, taxılçılıq,heyvandarlıqla məşğuldur.Kənddə 1 orta məktəb,1 uşaq bağçası,1 klub,1 kitabxana,1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

Bağırbəyli kəndi.
Bağırbəyli kəndi rayon mərkəzindən şimal-şərqdə yerləşir.Kəndin adı tayfa adından götürülmüşdür.Əhalisi 232 nəfər olmaqla hamısı azərbaycanlılardır.Sahəsi 522 hektardır.Kəndin əhalisi əkinçilik,pambıqçılıq,baramaçılıq,taxılçılıq, heyvandarlıqla bağçılıqla məşğuldur.Kənddə 1 ibtidai məktəb,1 kitabxana,1 feldşer-mama məntəqəsi vardır.

 

Reklam banerləri