Kitabxana haqqında
Şöbələri
Tədbirlər
Ən çox oxunan nəşrlər
Insan hüquqları
E-kitabxana
E-kataloq
Kitab abidələrimiz
Qarabağ münaqişəsi
31 Mart Soyqrımı
Normativ sənədlər
  Əlagə  
 
  Ucar rayonu  
  Kəndləri  
  Tanınmış ucarlılar  
  Muzey sərvətlərimiz  
  416-cı Taqonoroq diviziyası  
     


 

 

Muzeylərimiz 

Heydər Əliyev Muzeyi 2006-cı il iyunun 29-da istifadəyə verilib. Heydər Əliyev muzeyinin açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Muzeyin sahəsi 156 km²-dir. Muzeyin fondunda 176 eksponat var. İşçilərin sayı 5 nəfərdir. Muzey şəhərin Heydər Əliyev küçəsində yerləşir.


Heydər Əliyevin 1978-ci ildə Ucara səfəri olmuşdur. Heydər Əliyev Ucarın dörd kəndində olub. Lək, Yuxarı Şilyan, Qaradağlı, Qazqumlaq.

Ucar rayon Tarix-diyarşünaslıq muzeyi 1986-cı ildən fəaliyyət göstərir. Muzeyin sahəsi 420 kv.m.dir. 12 nəfər işçisi var. Fondunda 2500-dən çox eksponat vardır.

Bu eksponatlar 3 bölmədə nümayiş olunur. Təbiət, qədim dövr və müasir dövr bölməsi.
1. Təbiət bölməsində rayonumuzun flora və faunasının əks etdirən eksponatlar nümayiş etdirilir. Müxtəlif quş növləri, ağac nümunələri, kənd təsərrüfatı və bostan bitkilərinin toxumları və.s.
2. Qədim dövr bölməsində xalqımızın adət ənənələrini, məişətini, əmək fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Burada dekorativ-tətbiqi sənət nümunələrindən xalça, palaz, tikmələr, qadın bəzəkləri, misgərlik nümunələri vardır.

Məişətdə geniş istifadə olunmuş satıl, güyüm, sərnic, kasa, cam, saplıca, qazan, nimçə və.s muzey ekspozisiyasında xüsusi yer tutur. Burada arxeologiya nümunələri vardır. Qədim yaşayış məskənlərindən olan Bərgüşad, Rəstəcə kəndlərindən tapılmış cürdək, dopu, qaraçıraq, dərman bitkiləri dəmləmək üçün çaydan muzey ekspozisiyasında nümayiş olunur.
Azərbaycanda dövriyyədə olan pullar-numizmatika nümunələri diqqəti cəlb edir.

Müasir dövr bölməsində aşağıdakı guşələr vardır.
1.Müstəqil Azərbaycan.
2.Ziyalılarımız.
3.Mədəniyyət.
4.Səhiyyə.
5.İdman.
6.Xalq təsərrüfatı.
7.20 yanvar.
8.Xocalı faciəsi.
9.Qarabağ müharibəsi.
10.2-ci dünya müharibəsi
11.416-cı taqanroq diviziyası
12.Şair və yazıçılar və s.

Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilən eksponatlar

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Reklam banerləri