8 Mart Beynəlxalq qadınlar bayramı
Martın 7-də Ucar rayon MKS-də 8 Mart Beynəlxalq Qadınlar bayramı günü münasibəti ilə “Adın şərəflidir sənin ey qadın” başlığında bayram şənliyi keçirildi.
Şənliyi MKS-nin direktoru Bəsirə xanım Abbasova açdı. Sonra söz Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev yoldaşa verildi.
Qonaqlardan Uşaq Yaradıcılıq Birliyinin müdiri Sədaqət xanım, Tarix Diyarşunaslıq muzeyinin müdiri Solmaz xanım,Uşaq kitabxanasının müdiri İlhamə xanım və başqaları iştirak edirdi.Şənliyi məktəbli uşaqlar öz gözəl şerləri ilə davam etdirdi.
| |
 |
 |
| |
XOCALINI UNUTMADIQ
Ucar rayon MKS-də 26 fevral Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar “Tarixin qan yaddaşı” başlığında tematik gecə keşirildi.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Bəsirə xanım Abbasova açdı, çıxışdan sonra şəhidlərin ruhu bir dəyqəlik sükutla yad edildi.
Sonra MKS-nin işciləri və kitabxananın fəal oxucuları Xocalı faciəsi haqqında çıxışlar etdilər, rayonumuzun orta məktəb şagirdləri şeirlər söylədilər.
Tədbirdə erməni seperatçıları tərəfindən insanlığa yaraşmayan vəhşilik əməlləri pislənərək, hadisəyə dünya dövlətləri tərəfindən hüquqi qiymət verilməsinin vacib olduğun bildirilmişdir.
Ucarda qələbənin 65 illiyinə həsr olunmuş
möhtəşəm “Kitab Bayramı”
|
Kitab bayramının keçirildiyi yer Ucar şəhər Mərkəzi Parkı. Park al-əlvan şarlarla, bayraqlarla bəzədilmişdir. Parkda Ulu öndərimiz Heydər Əliyevin 87, görkəmli oftalmoloq Zərifə Əliyevanın 87, Qələbənin 65 illik yubileyi ilə əlaqədar onların həyat və yaradıcılıqlarını əks etdirən şəkil və kitab sərgiləri təşkil edilmişdir. Bununla bərabər, Ulu öndərimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın sərgiləri də təşkil olunmuşdur. Ümumiyyətlə bayram keçirilən parkda başdan-başa son illər kitabxanamıza daxil olan yeni kitabların stolüstü sərgiləri təşkil edilmişdir. Tədbir 15:00-da başlamışdır. Açılışı Ucar şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova etmişdir. O, gələn qonaqları salamlamış, hər birinə bu tədbirdə iştirak etdiyinə görə öz təşəkkürünü bildirmişdir. Tədbirdə Ucar şəhər İcra Hakimiyyəti Başçısı Yaşar Məmmədov və İcra Hakimiyyəti nümayəndələri, Ucar Mədəniyyət və Turizm şöbəsinin müdiri Qiyas Rəhimov, Böyük Vətən Müharibəsinin veteranları və digər rayon ictimaiyyəti dəvət olunmuşdur. |
|
| 
|
|
|
| |
Kitab bayramında Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə xanım Mərkəzi Kitabxananın kollektivi adından rayon İcra Hakimiyyəti başçısı Yaşar Məmmədova kitab hədiyyə etmişdir. Sonra Bəsirə xanım gələn qonaqları başda Rayon İcra Hakimiyyəti başçısı olmaqla sərgidə olan yeni kitablarla və rayonumuzda olan bacarıqlı uşaqların əl işləri ilə tanış etmişdir. Kitab bayramına dəvət olunan veteranlara söz verilmiş, hədiyyələr təqdim olunmuşdur. Sonra bayramda Ucar şəhər İncəsənət məktəbinin kollektivi ,şəhər 1 saylı, 2 saylı, 3 saylı və 6 saylı məktəblərin şagirdləri, 3 saylı və 6 saylı uşaq bağçasının uşaqları şeirlər söyləmiş və musiqi nömrələri təqdim etmişdilər.
Sonda sülh göyərçinləri havaya buraxılmış və Ucar şəhər incəsənət məktəbinin xor kollektivinin ifası ilə “Qələbə”nin 65 illik yubileyinə həsr olunmuş kitab bayramı sona çatmışdır. |
|