
Ucar - Azərbaycan Respublikasında inzibati
rayondu. 1939-cu ildə təşkil edilmişdir.
Ucar rayonu Şirvan düzündə yerləşir. Sahəsi 853 km²-dir. Mərkəzi
Ucar şəhəridir. Ucar rayonunun səthi düzənlikdir. Ərazisinin
şərq və cənub şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
Antropogen çöküntüləri yayılmışdır.
Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi
var. Orta temperatur yanvarda 1,4ºC, iyulda 27,3ºC-dir. İllik
yağıntı 300-400 mm-dir.Ərazisində Göyçay və Türyançay çayları
axır. Baş Şirvan kollektoru Ucar rayonunun cənubundan keçir.
Boz çəmən torpaqları yayılmışdır. Bitki örtüyü ovalıq və yarımsəhra
tiplidir. Heyvanları: canavar, tarlasıçanı, bataqlıq qunduzu
və.s.
Ucar rayonunun əhalisi 1dekabr 2009-cu il tarixə 78,6 min
nəfərdir. Əhalinin sıxlığı hər km²-də 91,8 nəfərdir. Milli
tərkibinin böyük əksəriyyəti azərbaycanlılar olmaqla az miqdarda
rus,ukraynalı, tatar, ləzgi və s. vardır. Rayonun 1 şəhər,
29 kəndi vardır. Rayonda 45 ümumtəhsil məktəbi, 22 məktəbəqədər
tərbiyə müəssisəsi, 18 mədəniyyət evi, 8 klub, uşaq incəsənət
məktəbi, Tarix-diyarşünaslıq muzeyi, H.Əliyev muzeyi 47 kitabxana
fəaliyyət göstərir. Rayonun ərazisində antik dövrə aid nekropol
vardır.
Rayonun 83398 hektar ümumi torpaq fondu vardır. Torpaqların
69700 hektarı suvarılan torpaqlar, 37300 hektarı kənd təsərrüfatına
yararlıdır.Rayonda “Ucar Pambıq” ASC, “Ucar Konserv”ASC, “Ucar
Broyler” MMC, “Müsüslü Quşculuq” MMC, “Azqold” MMC, Asfalt
zavodu, kərpic və beton piltə istehsalı ilə məşğul olan 5
sex, çörək istesalı ilə məşğul olan “Əvəz Bərəkət” fərdi firması,
tikintidə xidmət obyektləri vardır.
Rayonun
ərazisində Bakı-Gəncə dəmiryolu və Bakı-Gəncə magistral avtomobil
yolu keçir. Rayonda nömrə tutumu 5846 olan 17 avtomat telfon
stansiyası, telekommunikasiya qovşağı, poçtamt, 20 poçt şöbəsi
3 avtonəqliyyat müəssisəsi, 3 dəmiryol stansiyası vardır.
Rayonda 13 xəstəxana, 1 poliklinika, 1 dəmiryol ambulatoriyası,
1gigiyena epidemiologiya mərkəzi, 16 feldşer-mama məntəqəsi
fəaliyyət göstərir. Rayon mərkəzində 1 stadion,kəndlərdə 40-dan
çox idman qurğuları vardır.
Rayon haqqında 2005-ci ildə Fazil Nağıyevin “Ucarın tarixi
coğrafiyası”adlı kitabı nəşr olunmuşdur.
Ucar rayonunun kəndləri aşağıdakılardır:
Məcburi köçkün – 282 ailə - 980 nəfər.
Qaçqın – 11 ailə- 42 nəfər.
Şəhərdə - 420 məcburi köçkün.
Kənddə - 560 məcburi köçkün.
Ali təhsilli məcburi köçkün 34 nəfər.
Şəhidlər 153 nəfər.
Milli qəhrəmanımız – Ehtiram Hüseynov əslən Ucar rayonu
Qazyan
kəndindəndir.
|